Hollivud ulduzları Mila Kunis və həyat yoldaşı Eşton Katçerin Ukraynaya yardımları davam edir.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, ötən ayın sonlarında ianə kampaniyasına start verən cütlük artıq Ukraynaya üçün 45 milyon dollar toplayıb. Onların səyləri nəticəsində bir neçə milyonçu, logistika şirkəti və "Airbnb" mənzil kirayəsi şirkəti də xeyriyyə aksiyasına qoşulub.
Kampaniya başlayarkən 3 milyon dollar pul bağışlayan məşhurlar Ukrayna ordusuna 20 min zirehli geyim də göndərib.
Qeyd edək ki, Mila Kunis Ukraynada anadan olub.