Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Azərbaycan Respublikası və Gürcüstan arasında dövlət sərhədindən buraxılış məntəqələri haqqında” Sazişin təsdiq edilməsi barədə” qanunu təsdiqləyib.
"Unikal" xəbər verir ki, qanuna əsasən, Azərbaycan və Gürcüstan arasında yeni sərhəd buraxılış məntəqələri yaradılacaq.
Azərbaycan və Gürcüstan arasında dövlət sərhədini keçmək üçün 6 (altı) buraxılış məntəqəsi müəyyən edilib.
Qanuna əsasən, həmin buraxılış məntəqələri aşağıdakılardır:
1. Daimi, beynəlxalq, sərnişin və yük əlaqələri üçün:
Dəmiryolu
“Böyük-Kəsik(Azərbaycan) - Qardabani (Gürcüstan);
Avtomobil
- “Qırmızı körpü” (Azərbaycan) – “Krasniy Most” (Gürcüstan);
- “Mazımqara” (Azərbaycan) – “Tsodna” (Gürcüstan).
2. Daimi avtomobil, sərnişin və yük əlaqələri üçün birgə, beynəlxalq, avtomobil buraxılış məntəqələri
“İpəkyolu” (Azərbaycan) – “Abreşumis Qza” (Gürcüstan);
3. Daimi, dövlətlərarası sərnişin və yük əlaqələri üçün:
piyadalar üçün avtomobil;
“Sadaxlı” (Azərbaycan) – “Vaxtangisi” (Gürcüstan)
4. Mövsümi dövlətlərarası, sərnişin və yük əlaqələri üçün yalnız sərhədyanı rayonlarda yaşayan vətəndaşlar üçün (yay vaxtı buraxılış rejimi saat 08:00-dan 21:00-dək, qış vaxtı saat -08:00-dan 18:00-dək):
piyadalar üçün avtomobil
“Muğanlı” (Azərbaycan) – “Samtatskaro” (Gürcüstan).
Sənədə əsasən, tərəflərin səlahiyyətli orqanları ayrı-ayrı protokollarla “İpəkyolu” – “Abreşumis Qza” birgə buraxılış məntəqəsindən daşınan mal və nəqliyyat vastitələri ilə bağlı sərhəd və gömrük prosedurlarını tətbiq olunma prinsiplərini müəyyən edəcəklər.
Bu saziş onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.
Sənəddə qeyd edilib ki, şəxslərin sərhədi avtomobil buraxılış məntəqələrindən keçməsi nəqliyyatdan istifadə etməklə və piyada qaydada həyata keçirilə bilər.