Ukrayna kəşfiyyatı iki rus komandiri Valeri Solodçuk və Aleksandr Dvornikovun ev ünvanları və ailə tərkibi də daxil olmaqla şəxsi məlumatlarını açıqlayıb. Birincisi, rus qoşunlarının qərbdən Kiyevi ələ keçirmək əməliyyatına, ikincisi - Mariupolun məhv edilməsi üçün cinayət əməllərinə rəhbərlik edir.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
“Ukrayna Müdafiə Nazirliyi Putin rejiminin Ukrayna dövlətini məhv etmək əmrini bilə-bilə yerinə yetirərək, ən yüksək komandanlığa mənsub rus hərbi cinayətkarları haqqında məlumatları əldə edib”, - deyə məlumatda bildirilir.
Xüsusilə, söhbət Ukraynanın açıq hərbi işğalında birbaşa iştirak edən Solodçuk Valeri Mykolayoviç - "Şərq" qoşunlar qrupuna təyin edilmiş 36-cı Ordunun hissələrinə komandanlıq edir. 2022-ci ilin fevralından aprel ayına kimi o, Kiyevin qərbdən alınması əməliyyatı zamanı tabeliyində olan qüvvələrin hərəkətlərinə rəhbərlik edib. Bu bölmələrin hərbçiləri Kiyev vilayətinin mülki əhalisinə qarşı hərbi cinayətlərdə iştirak edirlər.
Digər hərbi cinayətkar Dvornikov Aleksandr Vladimiroviçdir.
2022-ci il aprelin 8-də o, Ukraynaya açıq hərbi müdaxilədə iştirak edən rus qoşunları qrupunun komandiri təyin edilib.
Bundan əvvəl Aleksandr, “Cənub” qoşun qrupuna komandanlıq edib. Silahlı qüvvələrin tabeliyində olan bölmələr və Rusiya Milli Qvardiyasının qoşunları Mariupolun mülki əhalisinə qarşı hərbi cinayətlərdə iştirak edir.
Qeyd edək ki, fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Ukraynaya işğalın başladığını elan edib. Rusiya qoşunları artilleriya, çoxsaylı reaktiv yaylım atəşi sistemləri və ballistik raketlərdən istifadə etməklə Ukraynanın şəhər və qəsəbələrinin yaşayış məntəqələrini kütləvi şəkildə atəşə tutur və əsas infrastruktur obyektlərini məhv edir. Ukraynada hərbi vəziyyət tətbiq edilib, ümumi səfərbərlik elan edilib, ölkə işğalçıları dəf edir.
Ukrayna da rəsmi olaraq Rusiya Federasiyasına qarşı BMT-nin Haaqa Beynəlxalq Məhkəməsinə iddia qaldırıb.
Gülayə Mecid