Abşeron rayonunda İcbari Tibbi Sığortanın tətbiqinə bir il bundan əvvəl başlanılıb.
"Unikal" xəbər verir ki, ötən müddət ərzində insanların İcbari Tibbi Sığortadan hansı şəkildə faydalanması, bu haqda məlumatlarının olub-olmaması, məmnunluğunun öyrənilməsi və onları maraqlandıran sualları cavablandırmaq məqsədilə Abşeron Rayon İcra Hakimiyyəti, Mərkəzi Xəstəxana və İctimai Şura tərəfindən Masazır kəndində görüş keçirilib. Eyni zamanda ilkin baxış keçirilməsi üçün həkim mütəxəssislər cəlb edilib.
Ailə Sağlamlıq Mərkəzində sözügedən görüş zamanı İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə başçının müavini Gülnar Rəhimova İcbari Tibbi Sığorta çərçivəsində görülən işlərlə yaxından tanış olub.
Məlum olub ki, insanların əksəriyyəti İcbari Tibbi Sığortadan yararlana biliblər, çox məmnundurlar və eləcə də səhiyyə xidmətlərinin keyfiyyətinin artırıldığını qeyd ediblər.
İnsanları maraqlandıran bütün suallar mütəxəssislər tərəfindən cavablandırılıb.