Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) məzunu, II Qarabağ müharibəsi iştirakçısı Əli Məmmədli, ali təhsil müəssisəsinin bir qrup əməkdaşı və tələbəsi bu günlərdə Bakıdakı uşaq internat evində məskunlaşan valideyn himayəsindən məhrum balaca sakinlərlə görüşüblər.
"Unikal" xəbər verir ki, ATMU-nun Keyfiyyət təminatı şöbəsinin müdiri Faina Qaçabəyova söhbət əsnasında bildirdi ki, sosial məsuliyyət yönümlü ziyarətlərin təşkilində başlıca məqsəd mənəvi qayğıya möhtaj qalan uşaqlara dəstək olmaqla bərabər, diqqətdənkənar qalmalarına imkan verməməkdir. Bu baxımdan ATMU-nun tədbirlər planında mərhəmət və qayğını şərtləndirən ziyarətlərin vaxtaşırı təşkili məsələsinin icrası təsadüfü deyil.
Sonda görüşdən xatirə şəkilləri çəkilib.