Milli Məclis Azərbaycanda audiovizual media fəaliyyətinə dair yeni dövlət rüsumlarını qəbul edib.
"Unikal" xəbər verir ki, bununla bağlı "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsi parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Dəyişikliklə lisenziyaların dövlət rüsumunun dərəcəsi ümumölkə yerüstü radio yayımçısı üçün 2 500 manat, regional yerüstü radio yayımçısı üçün 500 manat, peyk yayımı həyata keçirən platforma yayımçısı üçün 2 500 manat, peyk yayımı həyata keçirməyən platforma yayımçısı üçün 1 500 manat, sifarişli yayım xidməti provayderi üçün 500 manat, sadə platforma operatoru üçün 1 500 manat, universal platforma operatoru üçün 2 500 manat, multipleks operatoru üçün 2 500 manat olması təklif edilir.
Qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
Anar Kəlbiyev