Azərbaycanda hemofiliya xəstələrinin sayı açıqlanıb.
"Unikal" xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Elmira Qədimova deyib ki, hazırda ölkədə 1747 nəfər qeydiyyata alınmış hemofiliya xəstəsi var.
Onun sözlərinə görə, xəstələrin Azərbaycan ərazisində yayılma tezliyin Bakı, Sumqayıt şəhərlərində və Mərkəzi Aran regionunda nisbətən daha çoxdur.
"Hemofiliya hələ də müasir tibbin aktual problemidir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına əsasən, hemofiliya A hər 10 min nəfər kişi cinsinin 1 nəfərində, hemofiliya B isə hər 50 min nəfər kişi cinsinin 1 nəfərində təsadüf edilir. Hesablamalara görə, yer kürəsində təxminən 400 minə yaxın insan hemofiliyanın ağır dərəcəsi ilə xəstədir.
Bu gün digər inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da hemofiliyalı xəstələr ev şəraitində müalicə olunur, həmçinin stasionar və ambulator şəraitdə müalicə alırlar", - o vurğulayıb.