"Ermənistanın keşmiş prezidentləri Serj Sarkisyan və Robert Koçaryan işğalda olan zaman Azərbaycan torpaqlarında narkotik əkiblər və böyük vəsait əldə ediblər".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.
O bildirib ki, onlar həmin narkotiklərin dünya bazarlarına çıxarılması ilə məşğul olublar:
"Hələ də məlumatlar var ki, sülhməramlıların nəzarəti altında olan ərazilərdə erməni xunta rejiminin narkotik plantasiyaları var. Biz bununla bağlı dünya ictimaiyyətinə lazımlı məlumatları çatdırmalıyıq. Bu məlumatlar erməni mətbuatında da yer alıb”.
Anar Kəlbiyev