Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu olan “YAŞAT” Fonduna toplanan vəsait 73 milyon manatı keçib.
"Unikal" xəbər verir ki, Fonda toplanan vəsait 73 046 281.48 manatdır. Həmin vəsaitdən 23 037 099.2 manatı fiziki şəxslər, 50 009 182.28 manatı isə hüquqi şəxslər tərəfindən ödənilib.
Fonda daxil olan vəsaitin 57 911 649.92 manatı xərclənib. Vəsaitin qalığı isə 15 134 631.56 manatdır.