Rabitə sistemində texniki təkmilləşdirmə işlərinin aparılması ilə əlaqədar sabah saat 10:30-dan etibarən bir neçə saat müddətinə "Azərsu" ASC-nin 955 Zəng Mərkəzinə edilən zənglərin qəbulunda müvəqqəti fasilə yaranacaq.
Bu barədə "Unikal"a qurumdan bildirilib.
Məlumata görə, profilaktika müddətində səhmdar cəmiyyətinin İdarə Aparatının (Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 67) stasionar telefon nömrələri də zəngləri qəbul etməyəcək.
Bu müddətdə vətəndaşlar içməli və tullantı su xidmətləri ilə bağlı müraciətlərini yerli sukanal idarələrinə ünvanlaya bilərlər.