Bu gün AƏSMA HİH və sosial fənlər kafedrasının və kitabxananın təşkilatçılığı ilə “Erkən nikahlara qarşı mübarizə” mövzusunda Dəyirmi masa keçirilib.
"Unikal" xəbər verir ki, dəyirmi masanın əsas məruzəçiləri AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Rauf Tofiq oğlu Məmmədov və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası Gender Araşdırmaları Mərkəzinin rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Zeynəddin Müsənnif oğlu Şabanov erkən nikahların yaranma səbəbləri, aradan qaldırılması yolları barədə məlumat vermiş, bu istiqamətdəki qanunvericilik aktlarından danışmışlar.
Ölkədə belə nikahların aradan qaldırılması üçün aparılan tədbirlər və maarifləndirici fəaliyyətdən də bəhs olunub. İslam dinində erkən evlilik məsələsi, dünya ölkələrində erkən evliliyə münasibət və müasir statistika, erkən evliliyin fəsadları barədə geniş müzakirələr olunub.