Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov Saatlıda şəhid ailələri və qazilərlə növbəti görüş keçirmişdir.
"Unikal" xəbər verir ki, Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının qərargahında keçirilən görüşdə iştirak edən sakinlər Əhliman Əmiraslanovun həmişə onların dərdinə şərik olduğunu, mütəmadi olaraq görüşlər keçirərək onları narahat edən məsələlərin həllində yaxından köməklik göstərdiyini bildiriblər.
Görüş iştirakçıları çoxsaylı ağır xəstələrin cərrahi əməliyyatlarının icra edilməsinə, seçicilərin müayinə və müalicəsinin təşkilinə göstərdiyi xidmətlərinə görə akademik Ə.Əmiraslanova minnətdar olduqlarını bildirdilər. Əhliman Əmiraslanov şəhid ailələrini, qaziləri narahat edən problemlərin daim diqqət mərkəzində saxlanıldığını qeyd edib və bildirib ki, bu istiqamətdə işlər ardıcıl olaraq aparılacaqdır.
Qeyd edək ki, görüşdə YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev də iştirak edib.