“Azəriqaz” İstehsalat Birliyi hər zaman şəhid və qazi ailələrinin müraciətlərini diqqət mərkəzində saxlayır.
"Unikal" xəbər verir ki, bu istiqamətdə görülən işlər çərçivəsində daha 2 qazi ailəsinin müraciəti təmin olunub. Salyan rayonunun Dayıkənd kənd sakini Əliabbas Qasımov torpaqlarımızın azadlığı uğrunda gedən Vətən müharibəsində iştirak edib. O, Birliyə müraciət edərək ailəsi ilə birgə yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinin yaxınlığından keçən qaz xəttinin və qaz sayğacının yerinin dəyişdirilməsini xahiş edib. Birlik rəhbərliyinin tapşırığı ilə Salyan Regional qaz istismarı İdarəsinin Salyan xidmət sahəsi tərəfindən qazinin müraciəti qısa zamanda həllini tapıb.
Salyan rayonunun Kürsəngi kənd sakini Natiq Mailov da 2-ci Qarabağ döyüşlərində iştirak edib. O, Suqovuşan istiqamətində gedən döyüşlərdə yaralanıb. Qazi ona məxsus fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı Birliyə müraciət edib. Birliyin baş direktorunun müvafiq göstərişi ilə Vətən müharibəsi iştirakçısının müraciətinin həlli istiqamətində işlərə başlanılıb. Fərdi yaşayış evi təbii qazla təmin edilərək sayğac quraşdırılıb.
Video materialdan izləyə bilərsiz: