Xəbər verdiyimiz kimi, bu gün Rusiyada yaşayan azərbaycanlı bloqer Hüseyn Həsənovun sevənləri ilə görüşməsi ticarət mərkəzlərinin birində insan izdihamına səbəb olub.
"Unikal" xəbər verir ki, İzdihamlı görüş sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.
Görüşdən yayılan videolardan ən səs-küylüsü isə bir nəfər şəxsin əlindəki alətlə insanları vurması olub.
Bloqer Hüseyn Həsənov öz “Instagram” profilində paylaşım edərək, həmin şəxsin onun mühafizəçisi olmadığını və onu tanımadığını deyib.