Bakıda 3 nömrəli Şəhər Klinik Xəstəxana yeniyetmə qız ana olub.

TƏBİB-dən "Unikal"a bildirilib ki, 16 yaşlı qızın və uşağının vəziyyəti qənaətbəxşdir.

***12:55

Bakı şəhərində 16 yaşlı qız ana olub. 

"Unikal" Oxu.Az-a istinadən xəbər verir ki, Xəzər rayonunun Qala qəsəbəsi sakini, 2006-cı il təvəllüdlü S.M. 3 nömrəli Şəhər Klinik Xəstəxanasında uşaq dünyaya gətirib. 

Faktla bağlı araşdırma aparılır.