Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Prezidentinin müşaviri Rəşad Əliyev vəzifəsindən ayrılıb.
"Unikal"ın əldə etdiyi məlumata görə, bu barədə SOCAR-ın Birinci vitse-prezidenti və şirkətin prezidenti vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf əmr imzalayıb.
Qeyd edək ki, Rəşad Əliyev SOCAR-a təyinat almazdan əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində çalışıb. O, 2019-cu ilədək isə SOCAR-ın Təhlükəsizlik İdarəsinin rəisi olub. R.Əliyev daha sonra SOCAR-ın prezidentinin müşaviri təyin olunub.
Zaura Əmirova