DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev "Unikal"ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən məsələ ilə bağlı fevral ayının 5-də azyaşlı qızın anası, Masallı rayonunun Ərəb kəndinin sakini Ə.D. Masallı RPŞ-yə müraciət edib. Dərhal müvafiq araşdırmalara başlanılıb.

Təyin olunmuş məhkəmə-tibb, məhkəmə-psixoloji ekspertizaların rəyi, aparılan araşdırmanın nəticəsində fakt təsdiqini tapmayıb və cinayət əməlinin törədilməsini təsdiq edən xüsusatlar müəyyən edilməyib. Bundan başqa qonşuluqda yaşayan tərəflər arasında gələcəkdə baş verə biləcək hər hansı bir qanunazidd hərəkətlərin qarşısının alınması məqsədilə həmin şəxslər münaqişəli ailə kimi qeydiyyata götürülüb.

***

16:42

Sosial şəbəkələrdə Masalı rayonunun Ərəb kəndində 12  yaşlı qızın 60 yaşlı qonşusu tərəfindən zorlandığı iddia olunurdu.  

"Unikal"ın əldə etdiyi məlumata görə, sözügedən iş Masallı rayon polis şöbəsində araşdırılıb və fakt təsdiqini tapmayıb. Həmin iş artıq bağlanıb. 12 yaşlı qızı zorladığı iddia edilən 60 yaşlı kişi isə kənddə dindar insan kimi tanınır, özü də kərbəlayidir.

Onların arasında daha əvvəl də problem yaşanıb.

Murad İbrahimli

***

16:05

Masalı rayonunun Ərəb kəndində 12  yaşlı qız 60 yaşlı qonşusu  tərəfindən zorlanıb.  

"Unikal"  xəbər verir  ki,  bu barədə aparıcı Elgiz  Əkbər  sosial  şəbəkə  hesabında  məlumat paylaşıb.   

Bildirilir ki, 60 yaşlı kişi azyaşlının anasının evdə olmamağından istifadə edərək ona iki dəfə təcavüz edib.