Filippinin Talisay sahillərində yük gəmisində yanğın baş verib.

"Unikal" xarici  KİV-ə  istinadən xəəbr verir  ki, hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Yanğına 5 gəmi müdaxilə edib, 16 ekipaj üzvü xilas edilib.  Alovun nəzarət altına alınması üçün işlər davam etdirilir. Yanğının başvermə səbəbləri də araşdırılır.