İstehlaka yararsız müxtəlif növ qida məhsulları məhv edilib.
Bu barədə "Unikal"a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, “Camal LTD” MMC-nin agentliyə müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş, ümumi çəkisi 3250 kq dondurma, un, ət və dondurulmuş meyvə-tərəvəz məhsulları “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.