Naxçıvanda 11 illik təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri uğurlu nəticələr əldə ediblər.
"Unikal" xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 2020-ci tədris ilində keçirilən buraxılış imtahanlarında 284 şagird 200-300, 2021-ci tədris ilində 335 şagird 200-300 arası bal toplmışdısa, 2022-ci ildə 404 şagird 200-300 arası bal toplayıb.Təkcə 250-300 arası bal toplayan məzunların sayı ötən illə müqayisədə 50 faiz artaraq 91-ə çatıb.
Buraxılış imtahanlarında ən yüksək nəticəni isə Şərur şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Vəliyeva Nərmin Məhərrəm qızı göstərib. Nərmin Vəliyeva ana dili fənnindən 100, Riyaziyyat fənnindən 97, Xarici dil fənnindən isə 95 olmaqla ümumilikdə 292 bal toplayaraq muxtar respublika birincisi olub.
Ordubad rayonunun Nüsnüs kənd tam orta məktəbinin şagirdi Yusifli Ceyran Zülfüqar qızı isə Ana dili və Riyaziyyat fənlərinin hər birindən ayrı–ayrılıqda 100, Xarici dil fənnindən isə 87 bal toplamaqla ümumilikdə 287 balla muxtar respublika ikincisi olub.