Yayda nikah masasına əyləşməyə hazırlaşan Türkiyənin məşhur cütlüyü, aktrisa Demet Özdəmirlə müğənni Oğuzhan Koç artıq yeni evlərini kirayələyib.
"Unikal"
Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük evləndikdən sonra Zekeriyaköy səmtində yerləşən aylığı 45 min lirə (təxminən 5 min 229 manat) olan malikanədə yaşayacaq. 

Hazırda evin təmir işlərinə başlayan sevgililər memardan sauna, idman otağı, hamam dekorasiya etməsini istəyiblər.