Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) himayə götürdüyü şəhid Cavadov Canlar Aqil oğlunun ailə üzvlərinə də bu gün Gəncə Şəhəri Bayraq küçəsində inşa edilən çoxmərtəbəli binaların birindən 3 otaqlı mənzil verilib.
ADAU-dan "Unikal"a verilən məlumata görə, universitet rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsi şəhid ailəsinin dəvəti ilə birgə yeni mənzildə olub, onlara xalça hədiyyə edərək, sevinclərinə şərik olublar.
Qeyd edək ki, ADAU rəhbərliyi Vətən müharibəsində şəhid olan Canlar Cavadovun 5 azyaşlı uşağını 2020-ci ilin oktyabr ayından himayəyə götürüb, ailəyə universitetin Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə 3 il müddətində hər ay 300 manat məbləğində maddi yardım ödənilir.