Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Mehmanxana və restoran biznesi kafedrasının təşəbbüsü, eləcə də Karyera və kommunikasiya və Keyfiyyət təminatı şöbələrinin birgə təşkilatçılığı ilə “Peşəkar kadrların hazırlanmasında hotel sənayesinin gözləntiləri” mövzusunda fokus qruplar üzrə müzakirələr keçirilib.
"Unikal" xəbər verir ki, iki gün davam edən müzakirələrə paytaxt və bölgələrdən beynəlxalq və yerli hotel təmsilçiləri, həmçinin "DAİR" Hotellər və Restoranlar Assosiasiyası başda olmaqla 19 hotel sənaye nümayəndəsi qatılıb.
Müzakirələr İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən tərtib edilən XXI əsrin bacarıqları əsasında keçirilib. Qeyd etməliyik ki,onlayn görüşlərin gündəliyinə ATMU -nun “Turizm işinin təşkili” ixtisası üzrə təhsil proqramı da daxil edilib. Fokus qrup iştirakçıları adıkeçən proqrama nəzərən təlim-tədris-öyrənmə prosesinin təkmilləşdirilməsi üzrə rəy və təkliflərini bildiriblər.