"Azərbaycanda koronavirusa yoluxanların sayının kəskin azalması sevindiricidir. Pandemiyadan əziyyət çəkənlər, iki ildən çoxdur bunu həyatında hiss edənlərin bu məsələdə sevinməsini istərdik".
Bunu "Unikal"a açıqlamasında deputat Razi Nurullayev deyib. Deputat bildirib ki, quru sərhədlərini açılmaması bir çox insanlarda narahatlıq yaradır.
"Azərbaycanda epidemoloji vəziyyət bir neçə ay əvvəl də quru sərhədlərinin açılmasını zərurətə çevirmişdi. Təəssüf edirəm ki, Nazirlər Kabineti yanında Operativ Qərargah operativ qərar vermədi. Ümid edirəm ki, yaxın günlərdə quru sərhədlərinin açılması ilə bağlı qərar veriləcək. Məlum olduğu kimi, turizm mövsümü başlayır. Turizm işsizlik məsələsinin aradan qaldırılmasına da kömək edər. Bu baxımdan, gecikmədən quru sərhədlərinin açılması lazımdır".
Anar Kəlbiyev