Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçiriləcək.
"Unikal" xəbər verir ki, iclasda 3 məsələ müzakirə olunacaq. Bunlar aşağıdakılardır:
1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
2. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
3. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
Anar Kəlbiyev