Qorxan və qorxudan məmurlar
12:51 23-02-2013
CƏMİYYƏT
Bu günün ən maraqlı mövzularından biri və bəlkədə birincisi məmur-vətəndaş münasibətləridir. Hələ bir il öncə “Unikal”a açıqlama verən millət vəkili Qüdrət Həsənquliyev bildirmişdi ki, məmurlar millət vəkillərini hətta qəbul etməkdən belə imtina edirlər. İndi təsəvvür edin ki, millət vəkilini qəbul etməyən məmur, vətəndaşı necə qəbul edərdi? Bu proses rayonlarda daha acınacaqlı vəziyyət almışdı. Rayonun icra hakimiyyəti başçısı ilə vətəndaşın görüşməsi sadəcə mümkünsüz idi və buna görə də rayonlarda sosial partlayış həddi yaranmışdı və aqressiya günbə-gün artırdı. İcra başçılarını isə rahatlayan tək bir səbəb vardı. Hər rayon hansısa bir nazirin himayəsi altında idi və məhz bu nazirlərə görə icra başçıları istədikləri oyunu oynaya bilirdilər. Çox qəribədir ki, millət vəkilləri də öz seçicilərindən hər zaman uzaqda durmağa çalışır və bununla da tam bir ünvansızlıq hökm sürürdü. Bir müddət öncə Qubada, daha sonra İsmayıllıda, “Binə” ticarət mərkəzində baş verən toqquşmalarda məhz topluya olan ögey münasibətin nəticəsi idi. Maraqlı və gülməli başqa bir olay isə budur ki, istər məmurların, istərsə də millət vəkillərinin sən demə özlərinə məxsus 20-30 nəfərlik dəstələri olurmuş. Vaxtaşırı bu şəxsləri bir yerə toplayır və xalqla görüş formasında dövrü mətbuatda öz reklamlarını qururlarmış. Bu şəxslərin isə sadə insanlara zərrə qədər də olsa aidiyyatı olmurmuş. Nəhayət məsələ o həddə çatdı ki,
Prezident İlham Əliyev bununla bağlı açıqlama verməli oldu:-“Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər. İnsanları təhqir edirlər. Özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə? Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə. Mən də çıxardacağam, lazım bildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq. Bizim dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Hər şeyi biz Azərbaycan vətəndaşı üçün edirik. Budur bizim məqsədimiz. Hər bir icra başçısını mən vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm. İnkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət. Burda oturan bütün icra başçılarını mən təyin etmişəm, hamısını. Bəzi rayonlarda bir neçə dəfə dəyişmişəm. Nəyə görə? Çünki etimadımı doğrultmayıblar. Hər birinə demişəm ki, gedin insanlara arxa durun, gedin köməklik göstərin, gedin insanlara hörmət edin. Amma bəzi hallarda mən bunu görmürəm. Görməyəndə də tədbirlər görürəm. Bəzi hallarda məmurlar vətəndaşlara yuxarıdan aşağı baxırlar. Onları saymırlar, onları təhqir edirlər, qudurğanlıq edirlər. Bütün bunlar var. Onlar aradan götürülməlidir”. Vəssalam...Yəqin ki, bu açıqlamadan o tərəfə veriləcək daha güclü və sərrast açıqlama ola bilməz. Bəs məmur korpusu bu fikirlərdən nəticə çıxara bilirmi? Həqiqətən də son günlər vətəndaşların problemləri dinlənilir, icra başçıları əsabələri ilə insanlarla görüşə çıxır, millət vəkilləri nəhayət ki, seçildikləri rayona ayaq basmağa başlayıblar. Amma bu nə qədər davam edəcək? Davam edəcəksə insanların problemlərini həll edəcəklərmi? Təssüf ki, bu suallara müsbət cavab vermək mümkün deyil. Çünki bu gün qorxusundan insanların içinə çıxan başçı, üç gün öncə ki, başçıdır və üç gün öncə o insanların qanını sorurdu. Üç günün içində bu başçıların xarakterimi,prinsiplərimi, psixologiyalarımı dəyişdi? Qətiyyən,yox. Sadəcə bu toplumu nə cür qorxu altında saxlayırdılarsa bu gün də o qorxunu özləri yaşayırlar. Amma bunun uzun müddətli olmasını da düşünmək imkanından mərhum olmuşuq. Görünür bu mərhumiyyətdən qurtulmaq üçün prezidentin kadr islahatlarına getməsini gözləmək lazımdır. Bu isə artıq başlayıb.
Digər Xəbərlər
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50