"Dünya rusların bu cür qeyri-insaniliyinin səbəbini anlamağa çalışır".
"Unikal" xəbər verir ki, bu sözləri Ukraynanın birinci xanımı Yelena Zelenskaya deyib.O, rusların Ukraynadakı vəhşiliklərindən danışıb və Rusiya prezidenti Vladimir Putini manyak adlandırıb.
Onun sözlərinə görə, Putin hakimiyyətə gəldikdən sonra özünü taleyin hökmdarı hesab edir və işğalçıların Ukraynada törətdiyi bütün vəhşilikləri bəyənir.
"İndi bütün dünya rusların bu cür qeyri-insaniliyinin səbəbini anlamağa çalışır. Mənim versiyam ilk növbədə Rusiya hökumətinin öz əsgərlərinə və ümumilikdə xalqa münasibətinin əksidir. Bu, tabeliyində olanların alçaldılması və güclülərin cəzasızlığının qarışığıdır. Beləliklə, Putin manyak olub, dünyadan qisas alır”, - Zelenskaya bildirib.
Gülayə Mecid