"Rumıniya Müdafiə Nazirliyinin ehtiyatlarından Ukraynaya öldürücü silahların partiyasını ötürmək niyyətindədir. Bunun üçün ölkə təkcə NATO ölkələrini deyil, həm də alyansın potensial müttəfiqlərini silahla təmin etmək üçün qanunvericiliyə dəyişiklik etməli olub".

"Unikal" xəbər verir ki, bu barədə "Romania Libera" məlumat yayıb.
"Bu qərar (silahların təhvil verilməsi - red.) Rumıniya qanunvericiliyinə edilən dəyişikliklər sayəsində mümkün olacaq. Ölkənin Müdafiə Nazirliyi tərəfindən xüsusi fərman hazırlanıb. Normativ aktla hökumətin "Yığılması, çıxarılması və yenilənməsi haqqında" qərarına dəyişiklik ediləcək". 

Nəşrin məlumatına görə, sənədin mətnində bu qərara səbəb kimi Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi göstərilib.

"Bu düzəlişin qəbulundan sonra Rumıniya təkcə NATO üzrə tərəfdaş ölkələri deyil, həm də alyansın potensial müttəfiqlərini silahla təmin edə biləcək. Bildiyiniz kimi, Ukrayna NATO-nun müttəfiqi deyil, tərəfdaşıdır", - məlumatda bildirilir.

Ramil Yaquboğlu