Türkiyəli aktrisa Fahriyə Evcənin baş rolunu canlandırdığı "Alparslan Büyük Selçuklu" serialından ayrılacağı deyilir.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisanın mövsüm sonunda müqaviləsinin sona çatdığı öyrənilib. Evcən və serialın prodüseri hələlik bu barədə açıqlama verməyib. 

Qeyd edək ki, ekran işi 27-ci bölümdə mövsüm finalı edəcək.