Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya qoşunlarının Xerson vilayətinin bütün ərazisini ələ keçirmək üçün yeni cəhdlərinin təfərrüatlarını açıqlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Feysbuk səhifəsində məlumat paylaşıb.
Bildirilib ki, Xerson vilayətində hərbi əməliyyatların episentri Aleksandrovka ərazisinə keçib.
"Yujnobujski istiqamətində Aleksandrovka ərazisində döyüşlər davam edir. Onlar Xerson vilayətinin inzibati sərhədinə çatmağa çalışır, yaşayış məntəqələrini atəşə tutmağı dayandırmırlar", - məlumatda deyilir.
R. Yaquboğlu