Türkiyəli komediya ustası Şahan Gökbakar "Rəcəb İvedik 7" filmini çəkmək üçün hazırlıqlara start verib. 
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Gökbahar hazırda aktyor seçimlərinə başlayıb. Altı həftə davam edəcək çəkilişlər İstanbulda reallaşacaq.

Qeyd edək ki, film "Disney Plus"da yayımlanacaq.