Ukraynada Pasxa bayramında hüquq-mühafizə orqanlarının əməkdaşları kilsələrin mühafizəsini gücləndirəcək. İbadət başlamazdan əvvəl kilsə bomba mütəxəssisləri tərəfindən yoxlanılacaq.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin telemarafonda məlumat verib.
"İlk növbədə, ayrı-ayrı kilsələrdə ibadətləri pozmaq cəhdlərindən söhbət gedir. Pasxa bayramında polis məbədlərin ərazilərində gücləndirilmiş xidmət rejiminə keçəcək”,- deyə Yenin əlavə edib.