Daxili Qoşunların "Şahin" Xüsusi Təyinatlı Dəstəsinin (XTD) komandiri, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Zəfər Yusibova yeni vəzifə verilib.

"Unikal" xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Z.Yusibov Daxili Qoşunların Bakıda yerləşən N saylı hərbi hissəsinə komandir təyin edilib.