Azərbaycanda hansı qurumlar tərəfindən dövlət büdcəsinə vəsaitlərin bərpa edildiyi açıqlanıb.
"Unikal" xəbər verir ki, bu barədə “Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” hesabatında qeyd edilib.
Bildirilib ki, əvvəlki illərdə başa çatdırilmış nəzarət tədbirlərinin nəticələri üzrə qurumlar tərəfindən atılmış addımlar hesabat ilində də izlənib, bu istiqamətdə 10-dan çox qurumdan məlumatlar daxil olub: Belə ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Azərbaycan Dovlət İqtisad Universiteti, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti, Kənd Təsərrüfatı Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Xidmətlər Agentliyi, Bakı Şəhər İcra Hakimiyyəti, DSMF-in 2 və 5 saylı şöbələri, Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi, AMEA tərəfindən Diasporla İş üzrə Dövlət Komitəsi, "Azərişıq" ASC tərəfindən 0,8 min manat vəsaitin dövlət büdcəsinə bərpası təmin edilib, 239,2 min manat maliyyələşmə məbləği azaldılıb, 156,7 min manat natura formasında dövlət vəsaiti bərpa edilib.