2021-ci ildə Hesablama Palatasının audit və analitik fəaliyyəti hesabına 44 kənar dövlət maliyyət nəzarəti həyata keçirilib.
"Unikal" xəbər verir ki, bu barədə Palatanın ötənilki fəaliyyəti ilə bağlı hesabatda bildirilir.
Sənədə əsasən, bunun 32 %-də nəzarət tədbiri ilk dəfə baş tutub. Nəzarət tədbirinin əhatə etdiyi orqanlardan 3-ü ali kateqoriya dövlət orqanı, 8-i mərkəzi cra hakimiyyəti orqanı və 1-i digər dövlət orqanı, 7-si publik hüquqi şəxs, 7-si dövlət mülkiyyətində olan və dövlətin səhmi (payı) olan müəssisə, 3-ü elm müəssisəsi, digərləri isə mərkəzi icra hakimiyyəti orqanının tabeliyində olan təşkilatlar və müxtəlif təşkilati-hüquqi formaya malik qurumlar olub.