“Maliyyə Nazirliyinin dövlət qurumlarına təqdim etdiyi, "hesabatların formaları və onların təqdim edilməsi Qaydası”na 6 nömrəli əlavəyə görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) üzrə vahid xəzinə hesabının qalığı 31.12.2019-cu il tarixinə 29,2 milyon manat, 31.12.2020-ci il tarixinə isə 49,8 milyon manat təşkil etsə də, bu qalıq "Avtomobil Yolları" Məqsədli Büdcə Fondunun növbəti ildəki gəlirlərinə aid edilməyib.
"Unikal" xəbər verir ki, bu, Hesablama Palatasının ötən ilki fəaliyyəti haqqında hesabatda qeyd olunub.
"Statistik hesabatların təhlili göstərir ki, son illər qurumun təmir etdiyi avtomobil yollarının uzunluqlarında azalma müşahidə olunur. 2017-ci ildə 1 202,1 km təşkil etdiyi halda, 2018-ci ildə bu göstərici 108,6 km, 2019-cu ildə 97,1 km, və 2020-ci ildə isə 105,6 km olub. 2020-ci ildə təmir olunmuş avtomobil yollarının uzunluğu 2019-cu illə müqayisədə 8,5 km-dən çox olmasına baxmayaraq, əvvəlki illərə nisbətən bunun əksinə olaraq 2018-ci ilə nisbətən 3 km, 2017-ci illə müqayisədə isə 1 096,6 km az olub", - deyə sənəddə bildirilib.