Hesabat ilində 11 maliyyə auditi keçirilib. 2021-ci ildə maliyyə auditi üzrə 600 min manatın bərpası ilə bağlı tədbirlər müəyyən edilib.
"Unikal" xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” hesabatının müzakirəsi zamanı deyib.
Palata sədri bildirib ki, həyata keçirilən uyğunluq auditləri hüquqi aktlarda bəzi meyarların təsbit olunmadığını göstərir.
“Bəzi obyektlərdə daxili nəzarətin təşkili üzrə hüquqi aktlar yoxdur. Ümumilikdə həyata keçirilən uyğunluq auditi üzrə 34,2 milyon manatın bərpası ilə bağlı tədbirlər müəyyən edilib”.