Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və İsrailin Arava Beynəlxalq Kənd Təsərrüfatı Tədris Mərkəzi (AİCAT) aqrar sahədə fəaliyyət göstərən gənc mütəxəssislər üçün yeni təcrübə proqramı elan edir.
"Unikal" xəbər verir ki, 11 ay davam edəcək proqram çərçivəsində gənc mütəxəssislər 10 ay ərzində İsrailin fermer təsərrüfatlarında təcrübə keçmək imkanı qazanacaqlar. Bundan başqa, proqram iştirakçıları 1 ay müddətində həm aqrar, həm də iqtisadi sahədə akademik təlimlərdə iştirak edə biləcək.
Təcrübə proqramında iştirak etmək istəyən namizədlər kənd təsərrüfatı yönümlü ixtisasları bitirməli, ingilis dilini bilməlidir. Ali məktəbi yeni bitirmiş məzunlar, bakalavr və magistratura pilləsi üzrə sonuncu kurslarda təhsil alan gənclər təcrübə proqramında iştirak üçün müraciət edə bilərlər. Proqramda iştirak üçün müraciətlərin qəbulu aprelin 30-da başa çatacaq. Hərbi xidmət öhdəliyi olan gənclər proqramda iştirak edə bilməz.
Təcrübə proqramı 2022-ci ilin avqust ayından 2023-cü ilin iyul ayınadək davam edəcək.
Təcrübə proqramında iştirak etmək istəyənlər 3300 ABŞ dolları məbləğində ödəniş etməlidirlər. Proqramda iştirak haqqı 8 bərabər hissə ilə ödənilə bilər. Qeyd edək ki, proqramda iştirakı təsdiqlənən nazmizədlərə aylıq 1400$-dək məvacib veriləcək.
Proqrama daxildir:
-
İsrail daxilində nəqliyyat, qida və yaşayış xərclərinin qarşılanması;
-
Təcrübə və sahəvi səfərlər;
-
Tibbi sığorta;
-
Asudə vaxtların səmərəli təşkili;
-
Proqramın sonunda Azərbaycana geri dönüş biletinin təmin edilməsi;
Ətraflı məlumat üçün aşağıdakı linklərdən tanış olmaq mümkündür:
https://drive.google.com/file/d/1vQGWTQdEYRPjTPSVYxjWx5nkkcm9Sar9/view?usp=sharing
https://drive.google.com/file/d/1ao8bGfGQKbIoV8aD6LwXRejKuAHtoZK8/view?usp=sharing
Təcrübə proqramında iştirak etmək istəyən namizədlər Kənd Təsərrüfatı Nazirliyinin Elm, təhsil və insan resursları şöbəsinə müraciət edə bilərlər.
Müraciət üçün əlaqə:
077-299-06-60