Milli Məclisdə bu gün keçirilən komitə iclasında Hesablama Palatasının 2021-ci ildəki fəaliyyətinə dair hesabatı dinlənilib.
"Unikal" xəbər verir ki, iclasda çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov həyata keçirilən uyğunluq auditlərinin hüquqi aktlarında bəzi meyarların təsbit olunmadığının göstərildiyini qeyd edərək, qurumların fəaliyyətinin tənzimlənməsi üzrə bəzi açıq məqamların dövlət vəsaitlərinin nəticəliliyinin qiymətləndirilməsində əsas maneələr kimi hesab edilə biləcəyini vurğulayıb.
O, ötən il büdcə qanunvericiliyində indiyədək vəsaitlərin təyinatdankənar və səmərəsiz istifadəsi hallarının konkret müəyyən edilmədiyinin qeyd olunduğunu, bura daxili nəzarətin təşkili üzrə hüquqi aktın olmadığının da əlavə edildiyini bildirib.
İclasda hesabat ilində həyata keçirilmiş auditlərin bəzi obyektlər tərəfindən daxili nəzarətə kifayət qədər əhəmiyyət verilmədiyini söyləyən V.Gülməmmədov bunun əsas səbəbi kimi bu sferanı tənzimləyən hüquqi aktların mövcud olmamasını göstərib.