Ağsu və Salyana yeni prokurorlar təyin olunub.

"Unikal" xəbər verir ki, bu barədə Baş Prokuror Kamran Əliyev əmrlər imzalayıb.
Sumqayıt şəhər prokurorun müavini Elnur Cəfərov tutduğu vəzifədən azad olunaraq Ağsu rayon Prokuroru vəzifəsinə təyin olunub.
Bundan başqa Ağsu rayon Prokuroru Rəşad Mansurov tutduğu vəzifədən azad olunaraq Salyan rayon Prokuroru təyin edilib.

Təyinatları Baş Prokurorluğun mətbuat xidməti "Unikal"-a təsdiqləyib.