Türkiyəli müğənnilər Sibel Canla Ebru Gündəş yayda Antalyada yerləşən otellərin birində konsertlər vermək üçün razılaşıblar.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sibel Can oteldə 10, Gündəş isə 8 konsert verəcək.
Hər iki məşhur 10 milyon lirə (təxminən 1 milyon 160 min manat) məvacib qazanacaq.