Füzuli Ələkbərova daha bir zərbə


Xaçmaz VTEK-in rəisi korrupsiya ittihamı ilə həbs edildi

Xaçmaz rayonunun VTEK-in İmran adlı rəisi Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində həbs edilib.

Bu barədə Unikal.org-a daxil olan məlumatda deyilir ki, fevralın 22-də Xaçmaz VTEK-in rəisini korrupsiya ittihamı ilə həbs ediblər. Məlumatda bildirilir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları əməliyyatdan dərhal sonra Xaçmaz və Şabran rayonlarına nəzarət edən qurum rəhbərinin Şabrandakı evində axtarış həyata keçiriblər.

Onu da qeyd edək ki, həbs dünən həyata keçirilsə də bu barədə hələ ki, rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, adı çəkilən qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bağlıdır. Son günlərdə isə nazir Füzuli Ələkbərovun vurularaq, vəzifədən uzaqlaşdırılacağı xəbərləri intensiv xarakter alıb.

Ehtimal etmək olar ki, bu həbslərin ucu nazirə qədər uzansın və F,Ələkbərovu da bu vasitə ilə postundan uzaqlaşdırsınlar.