Yaponiyanın Hokkaydo sahillərində "KAZU 1" kruiz gəmisinin itdiyi ərazi yaxınlığında 9 nəfər tapılıb.

"Unikal" xəbər verir ki, bu barədə "Kyodo" agentliyi xəbər verib. Məlumata əsasən, onlar huşunu itiriblər.

Qeyd edək ki, "KAZU 1" kruiz gəmisi ötən gün gündüz saatlarında batması barədə siqnal göndərib, bundan sonra gəmi ilə əlaqə kəsilib. Gəmidə iki uşaq da daxil olmaqla 24 sərnişin, həmçinin kapitan və onun köməkçisi olub.