Gürcüstan Ombudsmanı yanında yaradılmış həkimlər şurasının üzvü Otar Toidze keçmiş prezident Mixail Saakaşvilinin vəziyyətini ilə bağlı açıqlama verib. 

"Unikal" xəbər verir ki, O.Toidze eks-prezidentin vəziyyətini əlilliyə yaxın adlandırıb.

"Biz dedik ki, proses tədricən xəstəni hələlik əlilliyə, sonra isə ölümə aparacaq. İndi biz bu nöqtəyə yaxınlaşmışıq", - Toidze bildirib.

Həkimin sözlərinə görə, vaxt azdır, siyasətçinin təcili olaraq xaricdə müalicəyə ehtiyacı var. "Doğrudanmı ölmüş prezidenti göstərməliyik ki, əhali onun vəziyyətinə inansın?", həkim əlavə edib.

Ağarza Elçinoğlu