Türkiyədə
Ankarada Xocalı soyqırımına aid stendlər dağıdılıb, baş verən insidentdə bir neçə nəfər yaralanıb

Ankarada Gökbörü Türkçülər Dərnəyi tərəfindən Xocalı soyqırımı ilə bağlı qurulan stendlərə naməlum şəxslər tərəfindən hücum olub.


Unikal.org-un “Anadolu” agentliyinə istinadən məlumatına görə, bir qrup gənc Qızılay meydanında Xocalı soyqırımını əks etdirilən stendlərı dağıdaraq, fotoları yerə atıblar. Xocalı soyqırımı üçün imzatoplayan dərnək üzvləri ilə hücum edən şəxslər arasında əlbəyaxa döyüş olub. Hadisə nəticəsində dərnək üzvlərindən 7 nəfərin yaralandığı bildirilir.

İnsidentlə bağlı rəsmi açıqlama verilməyib.

Türkiyədə