Türkiyənin İraqın şimalında davam etdirdiyi "Pəncə Kilid" antiterror əməliyyatı çərçivəsində baş vermiş pusqu nəticəsində 3 türk hərbçi həlak olub.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.
Qeyd olunur ki, hücum nəticəsində hərbçilərdən biri həlak olub, 4 nəfər isə yaralanıb. Xəstəxanaya çatdırılan yaralılardan ikisi daha sonra dünyasını dəyişib.
Türkiyə Milli Müdafiə Nazirliyi bölgədə antiterror əməliyyatının davam etdiyini bildirib.