Britaniyalı məşhur rokçu Ozzi Osborn və aparıcı həyat yoldaşı Şeron Osborn ukraynalı qaçqınlara yardım etmək qərarına gəliblər.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, məşhur cütlük Bakinqemşirdəki malikanələrindən birini Ukraynalılara verəcək. Villada 2 ailə məskunlaşa biləcək.  

Ozzi və Şeron evlərinin qapılarını tezliklə həmin ailələr üçün açacağını bildirib.