Rusiya məhkəməsi "Twitter" sosial media platformasını qadağan olunmuş məzmunu silmədiyinə görə 3 milyon rubl cərimələyib.

"Unikal" xəbər verir ki, təxminən 41 min dollar məbləğində cərimə "Twitter"in Rusiyada qadağan olunmuş məzmunu, o cümlədən molotov kokteyllərinin hazırlanmasına dair təlimatları olan yazıları silməməsi səbəbindən tətbiq edilib.

“İnterfaks” agentliyinin xəbərinə görə, Rusiya daha əvvəl də eyni səbəbə görə "Google"u eyni məbləğdə cərimələyib.