İranda ötən sutka ərzində 17 nəfər koronavirusdan (COVID-19) ölüb.

"Unikal"ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 141 058 nəfərə yüksəlib.

İranda son 24 saat ərzində 1 114 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 7 220 402 nəfərə çatıb.