Rusiyanın Saratov vilayətində iki helikopter toqquşub.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar xidmətindən bildirilib ki, Bakı vaxtı ilə təxminən 15:00-da havada 2 təlim helikopteri bir-birinə dəyərək qəza edib. 

Məlumata görə, iki pilotdan biri sağ qalıb. 

Şəhər rəhbəri bildirib ki, hadisə yerinə xilasedicilər, bir neçə yanğınsöndürmə briqadası və təcili tibbi yardım maşını yola düşüb. 

Ağarza Elçinoğlu 

 

xxx

15:53

Rusiyanın Saratov vilayətində helikopterin qəzaya uğrayıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  hadisə nəticəsində bir nəfər ölüb. Saratovun meri Mixail İsayev qəzanın baş verdiyini təsdiqləyərək, pilotlardan birinin sağ-salamat tapıldığını bildirib.

Hadisənin səbəbi və helikopterin göyərtəsindəki adamların sayı dəqiqləşdirilir.